Riala satılan mühacir "aftafa"

// Tural Sadıqlı göstərdi ki, onun üçün kimə satılmağın fərqi yoxdur

 Riala satılan mühacir "aftafa"
  31 Yanvar 2023    Oxunub:2008
Xaricdəki anti-Azərbaycan şəbəkəsinin aparıcı fiqurlarından olan Tural Sadıqlı kimlərə və necə işlədiyini növbəti dəfə ortaya qoyub. Tehrandakı səfirliyimizə olan xain hücum aşkar terror hadisəsi olsa da, Sadıqlı ağalarından aldığı təlimatlar əsasında faciəyə “məişət zəmini” donu geyindirməyə çalışır.
Sadıqlı rəhbəri olduğu “Azad söz” yutub kanalında rəsmi Tehranın ilk gündən səsləndirdiyi anormal versiyaların doğru olduğunu təbliğ edir. Yəni ayrı vaxt vətənpərvərlikdən dəm vursa da, şəhidimizin qanı qurumamış riala satılaraq, qatillərə işləyir. Hazırda “Azad söz” İranın “Səhər” telekanalından heç nə ilə seçilmir: Hər ikisi Tehranın anti-Azərbaycan tribunasına çevrilib.

Sual yaranır ki, niyə fars rejimi terrordan dərhal sonra məhz Turaldan istifadə etməyə başladı? Çünki İrana asanlıqla pula satılan “blogerlər”, agentlər lazım idi. Tural Sadıqlının isə nə mal olduğu az qala alnına yazılıb. Terror günü və sonradan “Azad söz”ün tutduğu mövqe, yaydığı versiyalar göstərir ki, İran kəşfiyyatı seçimində yanılmayıb. Hərçənd, Turalın pulla istənilən sifarişi yerin yetirməyə hazır olduğunu bilmək üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur...

Sadıqlı Tehranın irəli sürdüyü versiyanı dönə-dönə təkrarlayaraq deyir ki, hücumu təşkil edən şəxs guya peşəkar qatil yox, arvadını axtaran 50 yaşlı “binəva” kişidir. Yəni məqsədli şəkildə terrorçu haqqında gerçəyi gizlədib, iranlıların səsləndirdikləri tezisi təkrarlayır. Özü də rolunu peşəkarcasına oynamağa çalışır. Xainlikdə terrorçudan geri qalmayan bu adam hətta Tehranın versiyasını daha inandırıcı görünməsi üçün iyrənc, uydurma "təfərrüatlarla" bəzəyir.
Sadıqlının virTural killerləri – VİDEO

Hər şey aydındır, bircə Sadıqlının "həmvətənlər" deyəndə kimi nəzərdə tutmasından başqa. Çünki heç bir azərbaycanlı belə xain, pula görə istənilən düşmənə satılan birini həmvətən saymaz. İkinci Qarabağ müharibəsi zamanı erməni diasporundan pul alan anti-Azərbaycan şəbəkəsinin etdiklərini unutmamışıq. Meydan da həmin meydandır, oynayanlar da. Sadəcə, bu dəfə mahnını sifariş edən başqadır. Bir sözlə, İrana lazım olan versiyanın detallarına kimi emosional "təfərrüatlarla" bəzədilərək səsləndirilməsi təsadüf deyil.

Əslində İran Sadıqlıdan əvvəllər də istifadə edib. Xain “mühacir”i fars ağalarına köhnə tellər bağlayır. Bu həmin Sadıqlıdır ki, hələ 2018-ci ildə Nardaran məsələsində İranla həmrəy olduğunu göstərmişdi. O vaxt yaydığı videoda nardaranlıları "ayağa qalxmağa" çağırırdı. O vaxt da eynilə indiki kimi İranın tezisləri əsasında işləyirdi.

Özünə "siyasi mühacir" deyənin xalqına qarşı dövriyyəyə buraxılan versiyaları tutuquşu kimi təkrarlaması onun kim olduğu bir daha üzə çıxır. “Siyasi alver” naminə hər şeyini satlığa çıxaran Sadıqlı bundan sonra da canlı yayımlara çıxıb, vətənpərvərlikdən, mənəviyyatdan hansı üzlə danışacaq? Azərbaycanda İranın diqtə etdiklərini təkrarlayanlara hansı adın qoyulduğunu bilmirmi görəsən? Bilmirsə, xatırladaq: Aftafa!

Tural Tağıyev
AzVision.az


Teqlər:   İran   Terror   Mühacir   Satqın   Versiya  





Xəbər lenti