Humanitar Kollecdən çıxarılan 67 müəllimdən daha birinin xeyrinə qərar verildi
Lakin Əmək Məcəlləsinin 79-cu maddəsinə görə bu, qəti qadağandır. Müvəqqəti əmək qabiliyyətini itirdiyi vaxt işçi işdən çıxarıla bilməz. Kollec ekspertiza təyin edib və sübut olunub ki, həqiqətən də o müəllimlər bülletendə olublar.
Humanitar Kollecin rəhbərliyi işdən çıxarılmaların səbəbi kimi ixtisar və ştat azlığını əsas gətirib.
Halbuki ixtisardan sonra həmin kolleci yeni bitirən təcrübəsiz şəxslər işə götürülüblər. Humanitar Kollecin sədr müavini Kamran Məsimov ixtisardan sonra bacısı Xəyalə İdrisovaya kollecdə həm tyutor, həm də müəllim kimi yer verib. Bununla yanaşı Qarmon ştatının ləğvi yazılmış 2 müəllim - Xaqani Səməd və Ramil Nağıyevin əvəzinə Xəyal və Rəfail adlı müəllimlər işə götürülüblər.
Binəqədi Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində haqsız yerə işdən çıxarıldıqlarını iddia edən 14 nəfərin məhkəmə prosesi keçirilib. Onların 3-ü birinci instansiyada məhkəmədən uzaqlaşıb. Digərlərinin işi bu günə qədər davam edir.
Qeyd edək ki, Binəqədi və Apellyasiya məhkəmələri 67 müəllimin ixtisara salınması barədə protokol tərtib edən 7 nəfərin addımını da qanunsuz hesab edib.
İşdən çıxarılan müəllimlər Bizim.media-ya davam edən məhkəmə prosesi ilə bağlı yeni məlumatları açıqlayıblar. Onların dediklərinə görə, Binəqədi Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi 11 nəfərin xeyrinə, müəllimlərin işə bərpa olunmaları barədə qətnamə çıxarsa da, qarşı tərəf yenidən iddia qaldırıb. Beləliklə proses Ali Məhkəmədə davam edib.
Yanvarın 30-da qarmon müəllimləri Xaqani Səməd, Ramil Nağıyev, şöbə müdiri, metodist Xaləddin İsayev, müəllimlər Nadirə Əsgərova, Səidə Babayeva və Əfsanə Əhmədovanın (himayəsində yetkinlik yaşına çatmayan əlil övladı var) işi Ali Məhkəmədən yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.
Yalnız bülletendə olduğu vaxt işdən çıxarılan Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədovanın işi ilə bağlı müsbət qərar verilib.
Xaqani Səmədin sözlərinə görə, işdən çıxarılan müəllimlər arasında iki nəfər işi udub, bir nəfər artıq işə çıxır. Digər bir nəfər - Xəyalə Əhmədova barəsində hələlik çıxarış verilib və təxminən ay yarım sonra işinə qayıdacaq. Daha bir nəfər isə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Xaqani Səməd Binəqədi və Apellyasiya məhkəmələrinin hakimlərinin işə obyektiv yanaşmalarının şahidi olduğunu deyib:
“Budəfəki məhkəmə proseslərində iştirak edən qarşı tərəfin hüquqi nümayəndəsi də çox rahat şəkildə və əminliklə işi udacağını ifadə edir. Ali Məhkəmə yazılı təyin olunub və bizim iştirakımız nəzərdə tutulmayıb. Problemin kökündə duran isə Ali Məhkəmənin hakimi Vüqar Həsənovdur. Nə hikmətdirsə, Ali Məhkəmənin o qədər hakimləri ola-ola işlərimiz məhz Vüqar Həsənova göndərilir, o isə işi Apellyasiya Məhkəməsinə qaytarır. İki nəfər artıq işi uduzub.
Bilirsiniz ki, qarşı tərəf Zakir Qaralovun qohumudur. Bizə verilən qətnamələrdə elə şeylər yazılıb ki, heç işin içində elə hallar yoxdur. Ali Məhkəmə hakiminin Apellyasiya Məhkəməsinin verdiyi qərarı geri qaytarması hamımız üçün qaranlıq qalıb”.
Şikayətçi onu da əlavə edib ki, iş Ali Məhkəmədən Apellyasiya Məhkəməsinə qaytarılandan sonra cəmi bir proses keçirilib.
Mayın 4-də Apellyasiya Məhkəməsində növbəti proses keçiriləcək və 6 nəfərin işinə baxılacaq.
AzVision.az
Teqlər: