Şahdağa yarım metrdən çox qar yağıb
Martın 26-sı gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarında mülayimləşib. Qar örtüyünün hündürlüyü Şahdağda 52 sm, Daşkəsəndə 11 sm, Lerikdə 6 sm, Gədəbəydə 3 sm olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda qar, Şahbuz, Astara, Tovuz, Ağstafa, Yardımlı, Ordubad, Lənkəran, Gəncə, Sədərək, Şəmkir, Qusar, Beyləqan, Naxçıvan, Naftalan, Ceyrançöl, Zaqatala, Şəki, Quba, Bərdə, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Altıağac, Quba, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında yağış yağıb.
Qrız, Şahdağ, Lerik, Yardımlı, Daşkəsən, Göygöl, Qax, Quba, Sumqayıtda duman müşahidə olunub. Məlumatda qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti (dağlarda 4 dərəcəyədək isti), Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.
AzVision.az
Teqlər: