ETX: Həvəsləndirici vədlərə aldanmayın

      ETX: Həvəsləndirici vədlərə aldanmayın
  27 Mart 2024    Oxunub:957
“Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir”.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti