Bayramda Bakı-Qəbələ qatarı hər gün işləyəcək

 Bayramda Bakı-Qəbələ qatarı  hər gün işləyəcək
  29 Mart 2024    Oxunub:709
Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AzVision.az -a verilən məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti