İlahiyyat İnstitutunun "Qonağınız müəllimlərinizdir" layihəsi davam edir - FOTOLAR

İlahiyyat İnstitutunun "Qonağınız müəllimlərinizdir" layihəsi davam edir -    FOTOLAR
  29 Mart 2024    Oxunub:762
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirir.
Aİİ-dən AzVision.az -a bildirilib ki, layihə çərçivəsində institutun dekanı Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri Faiq Əhmədzadə və Əmir Kahayev Xəzər rayonunun Buzovna qəsəbəsində, Sabunçu rayonunun Maştağa, Zabrat və Ramana qəsəbələrində yaşayan I kurs tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər. Valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verilib, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində institutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barədə danışılıb. Tələbələrin əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru Aqil Şirinov başda olmaqla, rəhbər heyətin və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirdiklərini, həmçinin övladlarının gələcəkdə ilahiyyat sahəsində cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadr kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

AzVision.az

Qalereya




Teqlər: İlahiyyat-İnstitutu   layihə  





Xəbər lenti