FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

    FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi
  10 İyun 2024    Oxunub:928
Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib.
AzVision.az "Unikal"a istinadən xəbər verir ki, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti