Qabaqcıl təhsil işçisi: “Qarabağda seçki keçirməyimiz təhsil nümayəndələrini sevindirir”

   Qabaqcıl təhsil işçisi:    “Qarabağda seçki keçirməyimiz təhsil nümayəndələrini sevindirir”
  28 Avqust 2024    Oxunub:578
“Qarabağ işğaldan azad olunandan sonra ədaləti öz gücünə bərpa edən xalq kimi tarixə düşdük. Biz azad olunmuş ərazilərdə qısa zamanda bərpa işləri apardıq. Qarabağda təhsilin yenidən qurulması istiqamətində də tədbirlər görürük. Bu işlər olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun aparılır. İndi isə daha bir mühüm prosesi izləyirik. Bu, azad olunmuş ərazilərdə ilk dəfə olaraq parlament seçkilərinin keçirilməsidir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qabaqcıl təhsil işçisi, keçmiş tarix müəllimi Novruzova Rita deyib.

O qeyd edib ki, şagirdlərinə hər zaman işğalda qalan torpaqlara yenidən qayıdacağımız barədə nikbin fikirlər səsləndirib: “Hər zaman bu günü görəcəyimizi deyirdim. Qarabağda nəinki son zəngi, təhsil, tədris uğurlarını, mühüm siyasi hadisələri də görəcəyimizi söyləyirdim. Gənclərimizi vətənpərvər ruhda böyütdük və torpaqlar daha çox həmin gəncliyin sayəsində azad olundu. İndi isə Xankəndidə, Şuşada seçki ab-havası var. Biz təhsil işçiləri üçün bundan gözəl nə ola bilər?! Əminəm ki, keçmiş məcburi köçkünlər də bu seçkinin tarixi əhəmiyyətini anlayaraq prosesdə fəal olacaqlar. Biz tam suveren ölkə kimi ilk seçkimizi fevralda keçirdik. İndi isə parlamentarizm tariximizə düşəcək daha bir mühüm seçkiyə gedirik. Azad olunmuş ərazilərdə seçki keçirməyimiz təhsil nümayəndələrini sevindirir”.
AzVision.az



Teqlər:





Xəbər lenti