Elnur Eltürk: “Yeni formalaşacaq parlament daha da fəal olmalıdır”

   Elnur Eltürk:    “Yeni formalaşacaq parlament daha da fəal olmalıdır”
  28 Avqust 2024    Oxunub:553
“Parlament seçkiləri ölkəmizin qarşısında duran yeni çağırışlara cavab verməsi baxımından çox əhəmiyyətlidir. Ölkənin siyasi-hüquqi sistemində parlamentin mühüm rolu var”.
Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk deyib

O bildirib ki, yeni formalaşacaq parlament daha da fəal olmalıdır.

“Eyni zamanda, beynəlxalq münasibətlərdə fəallığı da əldən vermək olmaz. Azərbaycan əleyhinə yönəlmiş addımların qarşısının alınmasında Milli Məclisin rolu güclənəcək. Həmçinin, qanunların qəbulunda daha geniş diskussiyaları izləyəcəyik. Bu, Milli Məclisin cəmiyyətdə nüfuzunun artmasına səbəb olan amillərdən biri hesab edilir. İctimaiyyətin gözləntiləri çoxdur. Bu gün dünyada baş verən hadisələr bizə monolit, güclü Milli Məclisin olmasını tələb edir. Azərbaycan dövlətçiliyinin güclənməsində və ölkənin siyasi-ictimai həyatında Milli Məclisin rolu hər zaman aktuallığını qoruyub saxlayacaq”.

O deyib ki, Türk dünyası ilə münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində yeni parlamentin üzərinə böyük vəzifə düşür.

“Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin parlamentləri ilə əlaqələri yüksək səviyyədə qurulub. Azərbaycanın Türk dünyasında mövqelərinin güclənməsinə xidmət edən sazişlərin rafitikasiyası bunu bariz nümunəsidir”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti