Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.
Nepalın Baş prokuroru “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və müvafiq konsepsiya barədə ölkəsinin vəzifəli nümayəndələrinə məlumat verəcəyini bildirib.
Eyni zamanda görüş çərçivəsində sözügedən istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.
AzVision.az