Ötən il 9 platforma operatoru 5000 manat cərimələnib
Bu məqsədlə operatorların məsul şəxsləri ilə görüşlər keçirilib, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb, sentyabr ayında bütün operatorlara xəbərdarlıq məktubu ünvanlayıb.
Qeyd olunub ki, 2024-cü ilin oktyabr ayından başlayaraq bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə monitorinqlərə başlanılıb. Monitorinqlər nəticəsində ilin sonuna kimi 11 operatora "Media haqqında" Qanunun 32.4-cü və 34.5-ci maddələrinin tələblərini, 1 operatora isə "Media haqqında" Qanunun 32.7-ci maddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator 5000 manat məbləğində cərimələnib.
AzVision.az
Teqlər: