Evlənmək üçün qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb

Evlənmək üçün qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb
  16 Yanvar 2025    Oxunub:285
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy polis şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar. Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib.

Qeyd edilib ki, qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi barədə istintaq bölməsindən məlumat verilib, hazırda araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov isə deyib ki, Goranboyda 10-cu sinif şagirdinin evlənmək məqsədi ilə qaçırılması faktı üzrə araşdırmaya başlanıb. Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

AzVision.az



Teqlər:





Xəbər lenti