Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Akademik Cəmil Əliyev qonaqlara Milli Onkologiya Mərkəzində tətbiq olunan müasir müalicə və diaqnostika metodları, pasiyentlərə göstərilən yüksəkkeyfiyyətli tibbi xidmətlər, 1500 çarpayılıq geniş klinik baza haqqında ətraflı məlumat verib. O, xəstələrə onkoloji xidmətin göstərilməsi üçün lazım olan bütün müalicə və diaqnostik üsulların bir Mərkəzdə çəmləşdirilməsinin vacibliyini vurğulayıb və müalicə müəssisəsinin həm də elmi-tədqiqat fəaliyyəti ilə də məşğul olduğunu xüsusi qeyd edib.
Görüş zamanı bildirilib ki, MOM dünyanın bir çox qabaqcıl ölkələri ilə, o cümlədən ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində memorandum imzalanıb.
Görüşdə Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və onun daha da genişləndirilməsi müzakirə olunub.
Səfir Mark Libbi mərkəzlə tanışlıq zamanı yaradılmış yüksək şəraitdən razı qaldığını bildirib və Milli Onkologiya Mərkəzində göstərilən onkoloji xidmətin səviyyəsi barədə xoş təəssüratlarını bölüşüb.
Ziyarətin yekununda səfir Milli Onkologiya Mərkəzinin Muzeyində olub və Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıb.
AzVision.az
Teqlər: