Narkotiklə bağlı 235 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Həmin şəxslərdən 227-i kişi, 8-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 7 xarici ölkə vətəndaşından 3-ü İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Ukrayna vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 10 kq 009,195 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 22 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 173 kq 322,226qr və 1475 həb metadon narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 194 kq 732,81 maddə müsadirə edilib.
AzVision.az
Teqlər: