Rusiya silah ixracatçılarının ilk üçlüyündədir - "Financial Times"

   Rusiya silah ixracatçılarının ilk üçlüyündədir    - "Financial Times"
  10 Mart 2025    Oxunub:813
Rusiya silah ixracına görə ilk üçlüyə daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşr Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinad edib.

Avropa "Bayraktar"la silahlanır
"Məlumatlar həmçinin onu göstərib ki, son 5 ildə ilk 10 silah ixracatçısı əvvəlki dövrdəki kimi öz mövqeyində qalıb. Lakin yalnız Rusiya üçüncü pilləyə yüksəlib ki, bu da Fransada ixracatın azalması səbəbindən baş verib",- məqalədə yazılıb.

Müəllif qeyd edib ki, Rusiyadan ixrac edilən silahların üçdə ikisi Hindistan, Çin və Qazaxıstana göndərilib.

Hazırda genişmiqyaslı müharibə ilə üz-üzə qalan Ukrayna isə tədarükləri xeyli artırıb. Bu ölkə təqribən 100 dəfə tədarükü artırmaqla ən böyük silah idxalçısına çevrilib.Həmçinin ABŞ beş il ərzində dünya silah ixracatındakı payını 35%-dən 43%-ə çatdıraraq məlum reytinqdə lider mövqeyini qoruyub saxlayıb.

Fevral ayında “Rostex”in baş direktoru Sergey Çemezov jurnalistlərə açıqlamasında demişdi ki, Rusiya silahlarının xüsusi ixracatçısı olan “Rosoboroneksport”un sifariş portfeli 60 milyard dolları keçib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Silah   Rusiya   ABŞ   İxracat  





Xəbər lenti