Ərdoğan Trampla Ukrayna, Suriya və müdafifə məsələlərini müzkirə edib

   Ərdoğan Trampla Ukrayna, Suriya və müdafifə məsələlərini müzkirə edib
  16 Mart 2025    Oxunub:702
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefonla danışıb.
Bu barədə Reuters Agentliyi məlumat yayıb . Məlumatda bidirilir ki, söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-ın yeni dövrdə əməkdaşlığı həmrəy, nəticəyönümlü və səmimi şəkildə irəlilədəcəyinə inamını ifadə edib. Türkiyə prezidenti regional və qlobal inkişaf naminə ölkəsi ilə ABŞ arasında məsləhətləşmələrin artırılmasını zəruriyyətini vurğulayıb. O, Prezident Trampın Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatdırılması üçün qətiyyətli və birbaşa təşəbbüslərini dəstəklədiklərini, Türkiyənin müharibənin əvvəllərindən bəri ədalətli və davamlı sülh üçün səylərini davam etdirəcəyini deyib.

Prezident Ərdoğan, Suriyada sabitliyin yenidən təmin edilməsi üçün tətbiq edilən sanksiyaların qaldırılmasının vacibliyini, bunun suriyalıların vətənlərinə qayıtmalarına imkan yaradacağını qeyd edib.

Ərdoğan, yeni dövrdə ABŞ-dan terrorla mübarizə mövzusunda Türkiyənin maraqlarını nəzərə alan bir yanaşma sərgiləməsini gözlədiklərini bildirib. Bundan başqa müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün CAATSA sanksiyalarının sona çatdırılmasının, F-16 tədarük prosesinin nəticələndirilməsinin və F-35 proqramına Türkiyənin yenidən qoşulması məsələlərinin həll edilməsinin vacibliyini vurğulayıb.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti