“Twitter”in məşhur loqosu hərracda satıldı | FOTO

“Twitter”in məşhur loqosu hərracda satıldı  | FOTO
  22 Mart 2025    Oxunub:968
“Twitter”in San-Fransiskodakı keçmiş qərargahından çıxarılan məşhur quş loqosu “Larri” hərracda təxminən 34,375 dollara satılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Elon Muskın sosial media şirkətini alıb “X” olaraq yenidən markalaşdırmasından sonra çıxarılan bu 254 kiloqram ağırlığında və 3,66 metr hündürlükdə olan loqo, nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşmış RR Auction tərəfindən hərraca çıxarılıb. Alıcının kimliyi isə açıqlanmayıb.

Musk daha əvvəl “Twitter”in keçmiş qərargahından müxtəlif əşyaları, o cümlədən nişanlar, xatirə əşyaları, mətbəx avadanlıqları və ofis mebellərini hərraca çıxarmışdı. Bu hərracda, həmçinin texnologiya tarixinə aid digər diqqətəlayiq əşyalar da satılıb, məsələn, aksesuarları ilə birlikdə bir Apple-1 kompüteri 375,000 dollara, 1976-cı ildə Steve Jobs tərəfindən imzalanmış bir çek 112,054 dollara və orijinal qablaşdırmasında olan birinci nəsil 4GB iPhone 87,514 dollara alıcı tapıb.

AzVision.az



Teqlər:





Xəbər lenti