ADSEA Naxçıvanda tədbir keçirib

ADSEA Naxçıvanda tədbir keçirib
  22 Mart 2025    Oxunub:939
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Naxçıvan şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.
AzVision.az ADSEA-nın məlumatına istinadən xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavini Ülfət Kazımov Naxçıvan şəhər Sukanal İdarəsinin tabeliyindəki 16 texnikadan 3-nün tam yeni olduğunu bildirib. Digər texnikalar təmir olunub və normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. Texnikaların vəziyyəti qənaətbəxşdir.


Naxçıvan şəhər Sukanal İdarəsinin rəisi Samir Baxşəliyev isə qeyd edib ki, şəhər üzrə 27 min 160 abonentə xidmət göstərilir. İdarənin tərkibində 4 qəza-bərpa avtomobili, 4 ekskavator-traktor, 1 BMC PRO 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 özu boşaldan yük avtomobili mövcuddur. Sadalanan texnikalar vasitəsi ilə qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərilir.

Sonda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.

AzVision.az


Teqlər: ADSEA   Naxçıvan  





Xəbər lenti