İranda qum fırtınası: 46 nəfər yaralanıb

İranda qum fırtınası:   46 nəfər yaralanıb
  01 İyun 2025    Oxunub:788
Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Zabol yolunda baş verən zəncirvari qəzada 46 nəfər xəsarət alıb.
Bu barədə İranın Zabol Tibb Elmləri Universitetinin rektoru Hüseyn Şəhdadi yerli mediaya açıqlama verib.

Onun sözlərinə görə, qəzada xəsarət alan 36 nəfərə ambulator xidmət göstərilib, 10 nəfər isə xəstəxanalara köçürülüb.

Şəhdadi bildirib ki, hadisəyə səbəb vilayətdə baş verən qum fırtınasıdır. Bununla əlaqədar vilayətdə xidmətlərin göstərilməsində ləngimələr yaranır.

Qeyd edək ki, Zabol-Zahidan magistral yolunda hərəkət naməlum müddətədək məhdudlaşdırılıb.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti