“Universitetin yubileyinə yataqxana hazır olacaq”

“Universitetin yubileyinə yataqxana hazır olacaq”
  25 Aprel 2013    Oxunub:1818
“Bu gün Bakı Dövlət Universitetinin yataxanalarında məskunlaşan məcburi köçkünlər artıq Müşfiqabaddakı qəsəbəyə köçürülüb. Bu proses demək olarki, 95-97 faiz həyata keçirilib. Bir neçə məcburi köçkün qalıb ki, onlarda yaxın zamanlarda köçürüləcək”.

Bu sözləri AzVision.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, köçkünlər köçürüldükdən sonra yataqxana tikilməsi ilə bağlı məsələ müzakirə olunacaq:
“Bu yataxanalar uzun müddət ağır istismarda olub və onların istismar müddəti keçib. İki məsələ var, ya onları təmir etmək ya da yenidən tikmək lazımdır. Biz yeni layihə təklif etmişik. Layihə hazırlanıb, yeni stilli yataqxana tikiləcək. Eyni zamanda bu yataxanalarda tələbələr üçün hər cür şərait düşünülüb. Maliyyə ayrılsa yaxın vaxtlarda orada tikinti başlanacaq”.

A.Məhhərəmov yataqxananın BDU-nun 100 illiyinə hazır olacağını düşünür. “Bilirsiniz ki, qarşıdan universitetin 100 illik yubileyi gəlir. BDU Azərbaycanın ilk təhsil ocağı olduğu üçün buna bütün elmi ictimaiyyəti diqqət yetirir. Bizim də tədbirlər planımız var və bu plana uyğun olaraq fəaliyyət göstəriririk. Təbii ki, yüz illiyə yataqxanaların tikintisi dəqiq çatacaq. Bu böyük bir kompleksdir. Yataqxana tək bir korpusdan yox, korpuslar birliyindən ibarət olacaq”-deyə, rektor əlavə edib.

Magistrlara möhlət hüququnun verilməsi məsələsi ilə bağlı danışan Abel Məhərrəmov bildirib ki, “Elm” haqqında qanuna bu müddəa salınmalıdır: “Çalışacayıq ki biz, o müddəanı daxil edək. Əlbəttdəki bunun üçün razılaşmalar lazımdır, düşünülməlidir. Ölkə prezidentinin xüsusi tapşırığı ilə yəqin bu analiz olunmalıdır. Biz müharibə şəraitindəyik, ölkəni müdafiəı etməliyik, həm də elmi, təhsili inkişaf etdirməliyik. Bunlar arasında düşünülmüş siyasət, balans olmalıdır. Hesab edirəm ki bu istiqamətdə də işlər gedir. Yaxınlarda “Elm haqqında” qanun qəbul olunacaq, komitədə bu günlərdə müzakirəsinə yığışacağıq. Qanun layihəsi hazırdır, yaxşı da işləyiblər. Lakin orada bizi qane etməyən müəyyən məsələlər var. Bu da hərbi xidmətdən magistraturanın, doktoranturnın azad olunma məsələsidir, elmi adlara görə məvaciblərin artırılması məsləsidir. Maaşlar artmalıdır ki, gənclər stimullaşdırılsın. çünki oğlanlarımız fundamental və texniki elmlərdən uzaqlaşırlar, hamısını gənc qızların üzərinə atırlar. Bu da bizi müəyyən problemlərə gətirib çıxardır. Ona görə “Elm” haqqında yazılan qanun doğurdan da elə əsaslandırılmalı və elə praktik olmalıdır ki, Azərbaycan elminin təhsilinin inkişafına dəstək verə bilsin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti