“Eurovision”un bütün qalmaqalları

“Eurovision”un bütün qalmaqalları
  23 May 2013    Oxunub:1510
“Eurovision” müsabiqəsinin çoxəsrlik tarixi boyunca bir çox qalmaqal yaşanıb.
2009-cu ildə “Stephane and 3G” qrupunun “We don`t wonna put in” mahnısı siyasi mətndə ittiham edildikdən sonra Gürcüstan “Eurovision”da iştirakdan imtina edib. “Eurovision” yayım ittifaqı bu mahnını müsabiqədə iştirak etməyə buraxmayıb - musiqiçilərə mətni dəyişmək və ya mahnını başqası ilə əvəz etmək təklif edilib. Ancaq ifaçılar müsabiqədə iştirakdan imtina ediblər.



2008-ci ilin mayında İspaniya televiziyası sənədli film nümayiş etdirib. Sənədli filmə görə, 1968-ci ildə Massielin müsabiqədə qalib gəlməsini İspaniyanın nüfuzunu qaldırmaq üçün diktator Franko təşkil edib. Guya ki, İspaniya məmurları müsabiqənin jürisini pulla ələ alıblar. Filmin müəlliflərinə görə, qalib “Congratulations” mahnısı ilə britaniyalı Kliff Riçard olmalı idi.



2005-ci ildə “GreenJolly” qrupu Ukraynada müsabiqənin seçim turunda Narıncı İnqilabın himni ilə “Bir anda zəngin olduq” (“Razom Nas Bahato”) mahnısını ifa edib. Lakin Avropa yayım ittifaqı mahnının sözlərini siyasiləşdirməməklə onu dəyişdirməyi tələb edib.



2005-ci ilin müsabiqəsində Livan öz debütündən imtina edib. Beləki, Avropa təşkilatçıları yerli televiziyada İsrail müğənnisinin çıxışını reklamla əvəz etməyi Livana qadağan ediblər. Gec imtinaya görə Livanın teleyayım şirkəti cərimələnib.



1978-ci ildə Parisdə keçirilən “Eurovision”da İsrail ifaçısı İzhar Kohenin qələbəsi İordaniya üçün gözlənilməz olub. Ölkə televiziyası israillinin çıxışı əvəzinə gül dəstəsi göstərirmiş. Səslərin hesablanması vaxtı məlum olub ki, o müsabiqədə qalib gələ bilər. Buna görə də, İordaniya texniki səbəbi əsas gətirərək translyasiyanı qəsdən kəsib. Növbəti gün İordaniya KİV-i bildirib ki, əslində ikinci yeri tutan Belçika nümayəndəsi qalibdir.



1975-ci ildə Türkiyə Yerusəlimdə baş tutan müsabiqədə iştirakdan imtina edib. Ərəb ölkələri müsəlman ölkələri nümayəndələrinin İsraildə keçirilən müsabiqəyə qatılmalarına qarşı çıxıb.

1974-cü ildə İtaliyanın RAI dövlət televiziyası italiyalı iştirakçı Ciqliola Çinkvettinin “Si” (“Bəli”) mahnısını translyasiya etməkdən imtina edib. Kanalın senzorları musiqinin referendum ərəfəsində təbliğat xarakteri daşımasından ehtiyat ediblər. Referenduma əsasən italiyalılar boşanma qanunun saxlanılması üçün “bəli” və ya “xeyr” söyləməli idilər. Referendum nəticəsində boşanmalar qəti şəkildə qanuniləşdirilib.



1974-cü ildə Portuqaliyada radio vasitəsi ilə translyasiya olunan Paulo de Karvalonun “E depois do adeus” mahnısı “Qərənfil inqilab”ının başlanması üçün gizli siqnal rolunu oynayıb - diktatura rejiminin devrilməsi üçün hərbi çevrilişə əsas olub.



1964-cü ildə Kopenhagendə final zamanı əlində “Franko və Salazara boykot” yazılı plakatla şəxs səhnəyə çıxıb. Həmin şəxs bu diktatorların idarə etdikləri İspaniya və Portuqaliyanın müsabiqədə iştirakına etiraz edib.

1997-ci ildə İtaliya sonuncu dəfə “Eurovision”da iştirak edib. İtaliya “musiqi nüfuzunun aşağı” olmasına görə müsabiqədə boykot edilib. KİV-də bu hərəkət müxtəlif cür adlandırılıb – qalibiyyətin az əldə olunmasından yaranan narazılıqdan tutmuş (müsabiqədə iştirak etdiyi müddət ərzində cəmi iki qalibiyyət), reytinqin aşağı olması və San-Remoda öz festivalını təşkil etməsinədək səbəblər göstərilib.



1982-ci ildə Fransa “Eurovision” müsabiqəsini “cəfəngiyat” və “səviyyəsizlik” adlandıraraq müsabiqədə iştirakdan imtina edib. Növbəti il o başqa təşkilatçı ilə qayıdıb - France 2 telekanalıTF1-i əvəz edib.

1976-cı ildə İsveç qalib gələcəyi halda təşkilatçı-ölkə olcağından ehtiyat etdiyi üçün Haaqada keçirilən “Eurovision”a qatılmaqdan imtina edir. Ölkə 1975-ci ildə müsabiqəyə ev sahibliyi etdiyindən, növbəti ildə bahalı şounu təşkil etmək üçün özünü hazır hiss etməyib. Qeyd edək ki, 1974-cü ildə Birminqhemdə baş tutan müsabiqədə İsveçə qalibiyyəti məşhur ABBA qrupu “Waterloo” mahnısı ilə gətirib.



1960-cı ildə “Eurovision”da bir il əvvəl qalib gələn Niderland maliyyə səbəbindən müsabiqəyə ev sahibliyi etməkdən imtina edib. Sonra Fransa (1963-cü ildə), Lüksemburq (1974-cü ildə) və İsrail (1980-ci ildə) eyni addımı atıblar.



2007-ci ildə Qərbi Avropa ölkələrində blok səsverməsinə qarşı kampaniya təşkil edilib. Helsinkidə keçirilən müsabiqədə finalçıların üçdə iki hissəsinin səsi sayəsində ən yaxşı ifaçılar keçmiş SSRİ və ya Yuqoslaviya ölkələrinin nümayəndəsi olublar. Qonşu ölkələr bir-birinə yüksək bal vermələri nəticəsində bu cür nəticə əldə olunub. Britaniya publisisti Tim Mur bildirib ki, “bu artıq mahnılar üçün səsvermə deyil”. Avstriya televiziyasına görə, indi qalibi mahnının keyfiyyəti deyil, onun hansı ölkədən olması müəyyən edir. Buna görə də, Avstriya 2008-ci ildə müsabiqədə iştirakdan imtina edir. İsveçrənin Le Temps qəzeti bu hadisəni “moldova sindromu”, almanlar isə “Bild” – “şərq mafiyası” adlandırıb.

2006-cı ildə Afinada baş tutan müsabiqədə birinci yeri gözlənilmədən Finlandiyanın Lordi qrupu tutub. Rusiya nümayəndəsi Dima Bilan ikinci yeri qazanıb. Rusiya tərəfi müsabiqədə iştirak edən ölkələri Rusiyanı beynəlxalq səhnədə görmək istəməməkdə ittiham edib.



2003-cü ildə Latviyada keçirilən “Eurovision” finalından sonra Rusiya müsabiqənin yayım ittifaqına səsvermə ilə bağlı şikayət edib. Tamaşaçıların telefonla səsverməsi son anda jüri tərəfindən dəyişdirilib. Rusiya telekanalının iddiasına görə, prosedurun dəyişməsi nəticəsində Tatu qrupu üçüncü yeri tutub. Avropa yayım ittifaqı müsabiqənin nəticələrini təkrar gözdən keçirməkdən imtina edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti