`Bakinskaya lapoçka`: Bütün oğruların anası – DOSYE

`Bakinskaya lapoçka`: Bütün oğruların anası – DOSYE
  10 İyun 2016    Oxunub:60729
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Dosye: Nikiforova Kalina Mixaylovna 15.07.1945-ci ildə Bakıda anadan olub. Yəhudidir. 30 iyul 1976-cı ildə fırıldaqçılığa görə həbs olunub. 1982-ci lidə kurort şəhəri Tuapsedə valyuta alverinə görə tutulub. Cəzasını Mojayskdakı koloniyada çəkib və bir il sonra Vladimir Bıkovun ( “Balda”) işə qoşulması sayəsində azadlığa buraxılıb.
26 dekabr 1986-cı ildə yenidən Leninakan şəhərindəki hava limanında əri Sarkisyan Rubik Torqomoviçlə birlikdə saxlanılıb. Çemodanlarında xeyli miqdarda qiymətli antikvariant və zinyət əşyaları olmasına baxmayaraq, az sonra sərbəst buraxılıblar.
1988-ci il fevralın 24-də Moskvada vəfat edib. Cənazəsi təyyarə ilə Yerevana gətirilərək, `Yaponçik`in sabiq arvadı kimi dəfn edilib.


...`Yaponçik`in həbs olunub Sibirə göndərilməsindən sonra onun ailəsinin - Lidiya Ayvazovna, oğlanları Eduard və Gennadinin qayğısını Moskvada böyük nüfuza malik “Çyornıy Kardinal”, “Krivonosik” ayamaları daşıyan Otari Kvantrişvili çəkməyə başladı. Moskva obşakının baxıcısı Tsirul da hər ay Lidiya Ayvazovnaya uşaqlarını böyütmək üçün yardım əlini uzadırdı.

`Yaponçik` qanunla Ayvazovadan boşanmışdı. Tutularkən Slavanın başqa bir ailəyə, Kalina və Viktor Nikiforovlara başçılıq etdiyi bütün Moskva zakonniklərinə məlum idi. İvankovun vətəndaş izdivacı ilə yaşadığı qadın – Kalina Nikiforova İttifaqda “xaç anası”, “vorovixa” kimi tanınır, oğulluğu Viktor Yuliyeviç Nikiforov isə Rusiyada ən gənc “vor v zakone” tacını daşıyırdı.

İvankov tutulandan sonra Kalina üçüncü dəfə ərə gedib. Vəfat edən zaman Yulya öğru Rubik Sərkisyanın zövcəsi idi. Dəfndə onlarla “vor v zakone” iştirak edirdi. Bakıdan Rudik Ohanov, Baqdasarov, Moskvadan Tayvançik, Professor, Lyova Kropotkinskiy, Yerevandan Poqosyan, Qorasio Muradoviç, Rafik, Tbilisidən Qoqa, Tengiz və sair...

İki il əvvəl Kalya Mixaylovna işgüzarlığına, fantaziyasına və sağlamlığına görə hətta kişi `vor`lara dədəboyu (fora) verərdi. O, yenicə ailə həyatı qurduğu Sərkisyanla Leninakandan təyyarə vasitəsilə xaricə küllü miqdarda ləl-cəvahirat, antikvar, külkə və toz şəklində qızıl, cilalanmamış almaz göndərirdi. Hava limanındakı gömrükçülər bu cütlüyün yüklərini yoxlamadan təyyarəyə yığırdılar.

70-ci illərdə Yuri Qorbatıy əsasən yəhudilərdən təşkilatlanmış və Kalinanın da üzvü olduğu “Xunta” adlı qrupa başçılıq edirdi. Dəstə Sovet İttifaqını tərk edərək İsraılə yollanan yevreyləri qarət etməklə məşğul olurdu.

Yuliya yəhudilərin kütləvi surətdə SSRİ-dən İsrailə daimi yaşamaq məqsədilə köçməsi dövründə daha da varlanmışdı. Gömrük işçiləri arasına öz adamlarını yerləşdirən “xaç anası” İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. İçərisi yoxlamadan keçirilən çamadan və çuvalların sahibləri qiymətli əşyalarının yoxa çıxdığını yalnız İsraildəki mənzillərə toxtayandan sonra aşkarlayırdılar.

İş elə qurulmuşdu ki, müştərilər özləri Yuliyanı axtarıb tapırdılar. Hərdən gün ərzində bir neçə telefon zəngi eşidilirdi:
- Ambarsumun dostu narahat edir, - telefondan yalvarış dolu səs eşidilirdi, - deyirdi siz köməklik göstərə bilərsiniz....

Yaxud da:
- Kaleçka salam. Rayadır. Tanımadın?
- Danışın...
- Deməli, tanımadın... Aydındır, gör nə qədər vaxt ötüb. Biz səninlə uşaqlıqda eyni partada oturardıq...
- “Ağ ev”dəki Rayka?
- Nəhayət! Telefonunu təsadüf nəticəsində öyrəndim... Deyirlər tamojennidə etibarlı əlaqələrin var...


Tezliklə uşaqlıq dostları görüşürlər. Kalya Rayanın sənədlərinin toplanmasında yaxından iştirak edir, həm də məsləhətlərini verir.. Konteynerdə qiymətli əşyaların haraya gizlədildiyini yerli-yataqlı öyrənir...

Bir neçə həftə sonra qaldırılan hay-haray, var-dövlətin yoxa çıxması nə milis orqanlarını, nə də gömrükçüləri narahat edir. Oğrunun kimliyi qaranlıq qalır.

Ev oğurluğu işlərində onun podelniki bütünittifaqda tanınan residivist-zakonnik “Balda” idi.
Rəfiqəsi Valentinanın əri nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi. Hər həftə yeni geyimi, şubası, uzunboğaz çəkmələrini nümayiş etdirən, son modelli “Volqa”da gəzən Valyanı qretveyn içə-içə xarıcdən gətirilən teleseriala baxmağa dəvət etmişdi. Öpüşüb ayrıldıqdan yarım saat sonra Valentina başına gələn bəla haqqında birinci ona zəng vurmuşdu:

- Nə yığmışdım, hamısını aparıblar, Yulka! Şubalar şkafda asılmışdı. Vidakı, pulları, zinyət əşyalarımı gizlətmişdim axı?! Cəmisi bircə saat mənzildə olmamışam. Bİz səninlə nə qədər oturduq? Yarım saaat..., qırx dəqiqə...
- Milisə xəbər vermisən? – Yulka süni həyəcanla soruşur.
- Əlbəttə. Xəbər verən kimi sənə zəng vur...
- Dəlisən? Sizin özünüzə iş aça bilərlər... Soruşarlar - bu qədər pul, qızıl, var dövlət haradandır? Ərini işdən çıxarar, hətta qoduqluğa sala bilərlər. On il başıma nələr gətirdiklərini bilirsən ki... Mentlər gələndə de ki, səhv eləmisən, əşyalar tapılıb... Buna görə adamı tutmurlar. Bir qədər deyinib gedəcəklər.
- Sağ ol, Kalya, öyrətdin. Başımı elə itirmişəm ki, nə elədiyimi anlamıram...


...Erməni kriminal aləmi özünü hardasa Yerevanda, yaxud əyalətdə - Moskvaətrafı şəhər və qəsəbələrdə deyil, paytaxtın lap mərkəzində büruzə verirdi. Sretenkadakı “Pomidor” kafesi qanuni oğruların "şalmovka" (keyf məclisi qurduqları daimi yer) oylağı, həm də ciddi qərarlar qəbul etdikləri sxodkalar ofisi idi. Görünür, erməni kriminal aləmi o qədər möhkəmlənmişdi ki, artıq gizli fəaliyyət ona darlıq edirdi.

Buraya əsasən erməni millətrindən olan oğrular - Vaçikos “Şestipalıy” və Rudik Ohanov qardaşları, Qoqa Yerevanski – “Xudoy”, Qasoyan Xudo Karloviç, Xoesyan Rafik - “Xoy”, Baqdasarov – “Svo”, Rubik Sarkisyan – “Professor”, Poqosyan Qorasio – “Moskvadakı “Armeniya” mağazasının direktoru və sair kimi DTK və Petrovka-38 – də böyük ulduzlar gəzdirən zabitlərin “adamları” toplaşardı. Oğru dünyasında millət məsələsi olmadığını desələr də, “yan”lar çalışardılar ki, onların sxodkalarında hətta slavyan zakonnikləri də iştirak etməsin.

“Brilyant Ağakərim” – Bakıda zinyət əşyaları alverçisi kimi tanınan Əzimoğlunun söylədiklərindən:

- 5 saylı sürət qatarı Sabunçu vağzalından 45 dəqiqə gecikməklə saat 17-00 da tərpəndi. Qatar yola düşəndən bir qədər sonra xüsusi vaqondakı qələbəlik, səs-küy xeyli səngidi. O vaxtlar mağazalarda zərgərlik məmulatları tapılmadığın-dan mən gah əvvəllər srokumu sarıdığım Vorkutadan, gah Povladar-Yakutsk səfərindən, gah da Moskva - Leninqrad mağazalarından ucuz qiymətə "rıjıy" (qızıl məmulatlar) və "blondinka" (brilyant) gətirir, sataraq iki-üç qatına qaza-nırdım. Stalinin ölümündən sonrakı ikinci beşillikdə ölkədə anarxiya, xaos ol-duğundan, işbazlar yaxşıca kuş vururdular.

Qatarla Bakıdan Moskvaya gedərkən Yulya-Kalina ilə yaxından tanış oldum. Bu vaxta qədər də onu kriminal uşaqlara yaxınlıq edən “kurapatka” kimi tanı-yırdım. Amma iki sutkalıq qatar səyahəti zamanı yəqin etdim ki, bu yeniyetmə qızcığaz mənim kimi oddan-sudan çıxmış patsanlara da fora verə, kukiş göstərə bilər. Özümü yaxşı aşıq atan, kart fırladan sanırdım. Xarkovdan Moskvayadək yolu necə gəldiyimi bilmədim. Adicə "duraka" oyununda Yulka mənim 370 manatımı cibiştanladı.



`TT Nəriman`ın soylədiklərindən:

- Vitya anadan olandan iki il sonra Yuliy Sezar dünyasını dəyişdiyindən Kalina özünə Rusiyada ən xod gedən avtoriteti, Vyaçeslav İvankovu seçdi. İkinci Dün-ya müharibəsi dövründə qərbdən şərqə tərəf köçürülən yəhudi ailələri içərisin-də Kalyanın nənəsi da olub. İki qızı ilə Bakının Basin küçəsi ilə Karqanovun kəsişdiyi həndəvərdə məskunlaşan bu ailəni bəziləri Vaynşteynlər, digərləri isə lap sonralardan Nikiforovlar adlandırırdı.

Yəhudi ailələrində ana xətt əsas götürüldüyündən və Yuliy Nikiforov sonralar-dan Kalina ilə evləndiyindən onları elə ana familiyasıyla çağırardılar. Kalina və Faina bacıları on-on iki yaşlarından günlərini Malakan bağında keçirər, yaşca Dübəndi Səfurə, Malışka Sofa, Nina, Sveta kimi vorovixalardan çox-çox cavan olsalar da, onlarla durub-oturar, oğurluq malları barıqalara paylamaqla, nakol-ka verməklə yaxşıca “lave” (pul) qazanardılar.

Biz - yəni köhnə, nepmanovski oğrular da çox vaxt Malakan bağına toplaşdığı-mızdan, iki yəhudi bacını yaxşı tanıyır, bəzən qazanmaq üçün navodkalar ve-rirdik. Onların qayğısına qalanların içərisində Məşədi Səfər oğlu Cavanşir, Göygöz Sabir, Maruxa daha çox canıyananlıq göstərirdilər. Kalina öz oğru ponyatkasıyla, bəzi vorovkalara "doqquzluq" göstərməyə qabil enerjili, fəndgir, ağıllı bir qız idi. On yeddi yaşı olanda Torqovıda zərgərlik dükanında işləyən, hamının "Yuliy Sezar" ləqəbi ilə tanıdığı Nikiforovu məhəbbət toruna salıb, özünə evləndirməyi bacarmışdı. Bakıda Yuliy həm heykəltaraş, həm bəstəkar və həm də virtuoz pianoçu kimi tanınırdı. O vaxtlar antikvariat, köhnə, sürtül-müş gümüş qablar, ikonalar haqqında çoxlarının təsəvvürü olmadığından, Ni-kiforov ucuz qiymətə həmin əntiq şeylərin alıcısı, kolleksiyaçısı kimi ad çıxar-mışdı.

Altmışıncı illərin əvvəllərində Nikiforovun bəxti gətirdi. Bakıda xarici valyuta, daha doğrusu, çeklə import mallar satılan "Çinar" mağazası açılanda Yulinin yığdığı əntiq şeylərə tələbat artdığından, antikvar şöbəsinə satıcı kimi Kalina da işə götürüldü. Nikiforovun bir vaxtlar qəpik-quruşa aldığı antikvariatlar xarici turistlər, yüksək vəzifələrdə işləyən adamlara bir neçə yüz dəfələrlə artıq qiymə-tə satılırdı.

Həmin dövrdə Moskvadakı analoji "Beryozka" mağazasında isə eyni əntiq şey-lər daha böyük qazanc gətirirdi. "Yulya" belə fürsəti fövtə verərdimi? Onların Moskvaya gedişindən bir il əvvəl zərgərin ailəsində daha bir xöşbəxtlik baş vermişdi. Avqustun 14 -də onların kiçicik mənzilində uşaq çığırtısı eşidildi, Viktor Nikiforov anadan oldu.

"Beryozka"da işləyərkən Yulya qanuni oğrularla sıx ünsiyyət qurmaqla yana-şı, qazandığının tən yarısını obşaklara qrev göndərməklə ad çıxarmışdı. Yulya hələ o vaxtlar başa düşürdü ki, oğruların krışası altında daha sərbəst və çox qazana bilər.

Vitya anadan olandan iki il sonra `Yuliy Sezar` dünyasını dəyişdiyindən Kali-na özünə Rusiyada ən xod gedən avtoriteti - Vyaçeslav İvankovu seçdi. Həmin vaxt Yulya - Kalinanın cəmi 24 yaşı vardı. Bəstəboy və cazibədar qadın olan Kalina həm gözəlliyi, həm də tükənməz enerjisi sayəsində İttifaqda mövcud olan azsaylı milyonerlərdən birinə çevrilmişdi. Cinayət və mülki məcəllələri də-rindən bilməklə yanaşı, hiyləgərliyi ilə də başqalarına dədəboyu (fora) verməyə qadir olan Yuliyaya həm zakonniklər, həm də sistemin yüksək çinli çinovniklə-ri "krışa"lıq edir, təsədüfən düşdüyü bataqlıqlardan asanlıqla çəkib çıxarırdılar.

"Beryozka"nın həndəvərində aparılan valyuta və çek alverinə bütünlüklə Yuli-ya və `Yaponçik`in dostu-podelniki Asəf nəzarət edirdilər. Onun mənzilindəki ləl-cəvahirat və antikvariantın qiymətini Yulyanı tanıyan zakonniklər bir neçə milyon dollar dəyərində proqnozlaşdırırdılar. Deyilənə görə, Kalina yığdığı ləl-cəvahirat və əntiq şeyləri hələ də kimsəyə bəlli olmayan yollarla, gah Ermənistandan, gah da Polşadan Qərbi Almaniyada (FRQ-də) yaşayan bacısı Fainaya çatdırır, oradan isə Fransa və İngiltərəyə paylanırdı.

Həmin dövrdə Moskvada Asəfin dəstəsində Batumidən olan bir neçə erməni avtoritet sexovşiklərdən dan yığır, valyuta alverinə nəzarət edirdilər. Yuliya onların arasından Simon və Akop adlanan iki stremlyayuşini özünə köməkçi seçmişdi. Simonu mən lap yaxşı tanıyırdım. Vorkuta peresılkasından. Türk dilində çox təmiz danışırdı. Simonla oturduğum ay yarım ərzində onun quzu dərisində gizlənmiş tülkü olduğuru gördüm. Çox bic, hiyləgər, fırıldaqçı patsan idi.

Simon danışırdı:
- 70-ci illərin ortalarında yəhudi bir qarının mənzilində xeyli zinyət əşyaları, antikvar ikonalar, hətta valyuta gizlədildiyi barədə milis orqanında çalışan agent-podelnikimizdən Yuliya məlumat alıb bizə göndərmişdi. Mentin domuşnik Bitya ilə danışığını təsadüfən eşitdim.
Qapon deyirdi:
- Zinət əşyaları içərisində Qriqori Lazarovıçə məxsus brilyant daşlı boyunbağı olmalıdır, onu mütləq tapın və götürün, bizim şefə çatacaq... Dönə-dönə tapşırıb...
- Birdən vermədi?- Vitka pıçıltı ilə soruşdu.
Kapitan qətiyyətlə pıçıldadı:
- Verməsə, lomla çiyin sümüyünə bir, iki...
Mən irəli çıxaraq qətiyyətlə:
- Dəli olmusunuz!? –dedim. – Əksinə, onunla Kalinanın metodu ilə, mümkün qədər mülayim, artistcəsinə danışmaq gərəkdir. Yuliya deyir ki, “qocaların ağlı uşaqlarınkı qədər olur”. Xoş rəftarla onu yola gətirəcəyik.

Mənzilə girəndə qarı əlləri ilə üzünü qapadı:
- Məni öldürməkmi istəyirsiniz? – titrək səslə mizildadı.
Kalina yaxınlaşaraq:
- Belə şeymi olar? – dedi, ehmalca çiyinlərini qucaqladı. - Sizinlə çay içəcək, söhbət edəcəyik.
Danışıq əsnasında məlum oldu ki, qarı həmin boyunbağını Moskvada yaşayan qardaşı qızına verib. Yuliyanın köməkıiyi ilə qızın ünvanını, hətta fotoşəklini də söhbət əsnasında əldə etdik...
Kalina həmişə yaxşı navardan sonra ovuclarını bir-birinə sürtər, sevinclə deyərdi:
- Bizim işdə səbr, təmkinlilik gərəkdir.



Yulya yalnız Moskvada deyil, Leninqradda, Odessada, Batumidə də öz torunu qurmağı bacarmışdı. Leninqradda ən məşhur oğru Yura Qorbatıy ilə iş birliyindən də kifayət qədər qazanır, əldə etdiyi əntiq şeyləri Batumidən Türkiyəyə, oradan isə Almaniyada yaşayan bacısına göndərirdi.

70-ci illərdə Qorbatıy əsasən yəhudilərdən təşkil olunmuş və Kalinanın da üzvü olduğu “Xunta” adlı qrupa başçılıq edirdi. Dəstə Sovet İttifaqını tərk edərək İsraılə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Hər şey düzgün hesablanmışdı: vətəni “satan” adam ölkə rəhbərliyinin simpatiyasından uzaqdır. Milis və prokurorluq orqanları soyulmuş yəhudilərin şikayət ərizələrinə barmaqarası baxır, oğruları, soyğunçuları yaxalamağa çox da can atmırdılar. Qrup üzvləri Kalinanın ələ aldığı milis və məhkəmə orqanları ilə əlbir işləyirdilər. Çox vaxt nakolkanı da Yulya özü Qorbatıya nişan verirdi.

Qorbatının ölüm ayağında verdiyi müsahibəsindən:
- Milis rəislərinin əksəriyyəti öz vəzifələrinə Javer kimi vicdanla yanaşmırlar. Düzdür, onlar çox cüzi məvacib alırlar. Müstəntiqlərin bir çoxu avans-poluçkaya beş gün qalmış bir-birlərindən borc pul istəyirlər. Milis mayorlarının düzgün işləyəni evdən çıxanda nahara qoltuqlarındakı buxanka çörək və qatıq bankası ilə yollanırlar. Gülməli deyilmi?

Mən uzun illər şəhər məhkəməsinin sabiq sədr müavini Oleq Karlovla ünsiyyətdə olmuşam. Məhkəmənin sədri Yermakovla da tanışlığım vardı. Hər ikisi antikvar aşiqləri idi. Onlar mənim əvvəllər məhkum olunduğum barədə heç nə bilmirdilər, görüşürdük, incəsənətdən, əntiq şeylərdən, rəsm əsərlərindən danışır, ətirli konyakdan az-az gillədirdik. Yermakov daim şikayət edirdi ki, ona təyin olunmuş pensiyanı tam dəqiqliklə ala bilmir. Karlov əvvəllər 32 il sərasər sistemdə çalışmışdı. Bir dəfə ona hansısa cinayətkar dəstənin narkotik əməliyyatı tapşırılmışdı. Karlov əməliyatdan üzü qara qayıtmışdı və bir həftə buraxdığı səhvə görə içki stolu arxasından qalxmadı. Bərk qorxuya düşmüşdü. İçki kompaniyasında mən ona “xlebnik” oldum. O çox şey haqqında danışırdı, xüsusən də konyakı arağa, bu dueti də pivəyə qarışdıranda...

Nə qədər qəribə olsa da, törətdiyi saysız-hesabsız cinayətlərə baxmayaraq, Yulka heç vaxt milisin əlinə düşmürdü. Sonralar, 1980-ci ildə Moskvada keçirilən məhkəməsində şahidlərdən biri belə ifadə verdi ki, guya Yulyanı milis lap çoxdan ələ alıbmış. Elə buna görə də milisdən qorxmayaraq saysız-hesabsız cinayətlərin altından təmiz çıxırdı.

Bu qadının məhkəməsi isə Moskvada baş tutur...
TT Nəriman Yulyanı məhkəmə zalında belə təsvir edirdi:

- Bir vaxtlar mən bu qadını bircə dəqiqəlik görmək naminə saatlarla Malakan bağında oturub onun peyda olmasını gözləyərdim. O vaxt Yulkanın 15-16 yaşı vardı, amma vərkər, tezyetişmiş bədən quruluşu ilə əksər oğruların nəzər-diqqətini cəlb edirdi. O isə deyəsən, Məşədi Səfər oğlu Cavanşirdən kəsirdi. Həmin dövrlərdə Cavanşirin çox yaraşıqlı bir erməni məşuqəsi olduğundan, Yulkaya adi vorovka gözüylə baxırdı. Bir gün eşitdim ki, Yulka Torqovıy küçədə hamımızın “Yuliy Sezar” klikuxası ilə çağırdığımız zərgər-barıqaya ərə gedir.

Tutulanda orta boylu, yaşı otuzdan ötmüş bir qadın idi Yulka. Ona indi artıq başqaları gözəl deməzdilər. Amma mənim nəzərimdə o, dünyada hamıdan gö-zəl, kifayət qədər cazibədar bir xanım idi. Girdə sifəti, azacıq enli, dik burnu, nazik, səliqəli qaşları, tünd rəngli, təbəssümlü gözləri vardı. Şabalıdı saçları, qə-şəng alnına tökülərək, bu qadına ecazkar bir görkəm verirdi. Onun sifətindəki diqqəti cəlb etməyən müxtəsər kosmetika Yulkanın bəzənmək bacarığından xə-bər verirdi. Əynindəki zolaq-zolaq dustaq paltarı belə məxsusi onun üçün son dəbə uyğun biçildiyindən qadına yaman yaraşırdı. Özünü son dərəcə arxayın, inamlı, hətta cəsarətli aparırdı. Aydın görünürdü ki, bu məhkəmə onu qətiyyən çaşdırmır. Yulkanın bütün davranışından məlum idi ki, həyatı boyu bu cür çə-tinlikləri çox görüb. Səlis danışır, məntiqli fikirlər irəli sürürdü. Hüquq dilində tələffüzü tamamilə səlis, seçdiyi ifadələr son dərəcə dəqiq idi. Mənə elə gəlirdi ki, vəkildən də çox bilir Yulka...

Məhkəmə prosesi çox sürəkli və gərgin keçdi. Yulkanın ona təqdim olunmuş ittihamların hamısını bir-birinin ardınca təkzib etməsinə baxmayaraq, bu qadı-nın əlindən mülkiyyət hüququnu alıb, onu üç il müddətinə məhbəsə göndərmək haqqında qərar verdilər. Yalnız məhkəmədən sonra bildim ki, Yulya Yaponçiklə yaxınlıq edir.

...1988-ci ilin fevralı idi. Bir neçə gün əvvvəl Moskvada vəfat etmiş Kalyanın cəsədini təyyarə ilə Yeravanada dəfn etməyə aparırdılar. Bütün paytaxtın kri-minal aləmi Kalinanı hava limanına ötürən eskorta qoşulmuşdu. Yüzdən də çox maşın fit verərək keçdiyi yollardakı camaatın nəzər-diqqətini cəlb etməyə çalışırdı. Danışırdılar ki, Yaponçikin qeyri-qanuni arvadı, öğru Biktor Nikiforovun anası ölüb. Kalya vəfat edəndə İvankov və Kalina həbsxanada islah olunurdular.


Teqlər:  





Xəbər lenti