Ermənilər Yaxın Şərq xalqlarını səlibçilərə necə satmışdılar – TARİXİ ARAŞDIRMA (I yazı)

Ermənilər Yaxın Şərq xalqlarını səlibçilərə necə satmışdılar – TARİXİ ARAŞDIRMA (I yazı)
  08 Dekabr 2017    Oxunub:15915
Ermənilər dünyanın həssas bölgələrindən biri olan Orta Şərqdə daim ya münaqişə yaratmaqda, ya da münaqişələrin qızışdırılmasında katalizator rolunu oynayıblar. Eyni zamanda, batan gəmini ilk tərk edən gəmiricilər kimi Yaxın Şərqdə münaqişə alovlanan ölkəni hamıdan qabaq tərk edərək, digər ölkələrə qaçıblar. Ərəb ölkələrində baş verən son hadisələr zamanı da bunun şahidi olduq.
Ermənilərin həmin regiona necə gəlib çıxmaları haqda müxtəlif fikirlər var. Onlar özləri guya b.e.ə. X-VI-cı əsrlər arasında Tiqranın dövründə “Böyük Ermənistan Xəzər dənizindən Aralıq dənizinədək uzandığı zaman”dan etibarən orada yaşadıqılarını iddia etsələr də, tarixi faktlar başqa versiyaların həqiqət olduğunu deməyə imkan verir.

Ermənilər Səlib yürüşləri zamanı Yaxın Şərqə hücum edən səlibçilərlə sıx əməkdaşlıq edən satqın xalq olublar. Buna qədər isə Yaxın Şərqdə məskunlaşmış pravoslav ermənilər hələ erkən orta əsrlərdə Konstantinopol Kilsəsinə tabe olduqları halda, Roma Katolik Kilsəsi ilə əlaqə saxlayırdılar.

1054-cü ildə Xristian kilsəsinin Şərq (pravoslav) və Qərb (katolik) kilsələrinə parçalanması ermənilərə heç bir təsir göstərmədi, onlar hər iki tərəfə - həm Roma taxt-tacına, həm də Konstantinopol Patriarxlığına xidmət göstərirdilər. Hətta Bizansın nəzarətində olan ərazilərdə yaşadıqları halda, romalılara casusluq edirdilər. Buna görə də, səlib yürüşləri zamanı ora latınlar pravoslav məzhəbinə etiqad etmələrinə baxmayaraq, ermənilərə toxunmadılar, çünki onlar əsrlər boyu latınlara xidmətlər göstərmişdilər.

Antioxiyadan olan məşhur qanun təfsirçisi Nikon “Taktikon” adlı əsərində Birinci Xaç yürüşü zamanı Pravoslav Antioxiya Patriarxlığının tabeçiliyində olan Antioxiya şəhəri ətrafında (qədim Suriyada şəhər, indiki Türkiyənin Hatay vilayətinin mərkəzi olan Antakya) və Əmman təpəliklərində çoxsaylı pravoslav erməni rahiblərinin yaşadıqlarını göstərir. Pravoslav ermənilər Qara dağda çoxdan məskunlaşmışdılar. “Taktikon”un 36-cı başlığında Nikon Qüdsdəki Gerasim Ataya yazır ki, Antioxiyanın süqutundan sonra (1098-ci ildə səlibçilərin şəhəri səlcuq türklərindən alması nəzərdə tutulur) Rodiu monastırına gələrkən o, burada çoxlu erməni rahibləri ilə qarşılaşıb. Ermənilər həm də Antioxiyadan qərbdəki Div dağında yerləşən digər monastırlarda da yaşayırdılar.

Nikonun Antiox patriyarxına yazılarında deyilir: “Qədim dövrlərdən bəri onlar Mesapatomiyada yaşayırlar və burada onların öz mitropolitləri vardır. Bütpərəst xalqların hücumları nəticəsində onlar müxtəlif ölkələrə qaçıblar. Onların mitropolitini Antioxiya patriarxı təyin edir, çünki bu, Şərq taxt-tacıdır”. Bu, o deməkdir ki, Mesapatomiya ərazisindəki Antioxiya vilayəti Hindistandan qaçıb gəlmiş qaraçı əsilli köçəri ermənilərin ikinci vətəni olub. Əgər onların iddia etdiyi kimi, “Böyük Ermənistan” doğrudan da, mövcud olmuş olsaydı, yaxud onun qalıqları belə qalsaydı, həmin qüdrətli imperiya özünün titullu xalqı olan erməniləri müdafiə edər və onun təbəələri azsaylı bütpərəst tayfaların qarşısından qaçıb, digər ərazilərə səpələnməzdilər. Bu, onu göstərir ki, onlar həmin əraziyə gəlmə, azsaylı, köçəri tayfa olublar. Həmin ərazi indi İŞİD və PKK arasında döyüşlərin getdiyi torpaqlardır və ermənilər öz tarixi vətənləri barədə düşünürlərsə, gedib, İŞİD-lə vuruşsalar, daha yaxşı olar.



Erməni mitropolitinin Antioxiya patriarxı tərəfindən təyin edilməsi də, onların müstəqil deyil, asılı tayfa olduğunu sübut edir. Kiçik Asiyadakı digər erməni yeparxiyaları da XI əsrdə latın Antioxiya kafedrasına tabe idi.

Ermənilər ayrı-ayrı imperiyaların, o cümlədən, Bizans ordusunun tərkibində muzdla vuruşurdular. Öz imperiyası olan xalq yəqin ki, başqa dövlət üçün deyil, öz dövləti üçün vuruşardı.

1071-ci il Malazgirt savaşında türklərin qələbə çalmasından, eləcə də gürcü dövlətinin möhkəmlənməsindən sonra ermənilərin latınlarla əlaqələri daha da sıxlaşır. 1099-cu ildə səlibçilərin Qüdsü türk səlçuqlardan almasından sonra orada Latın Patriarxlığı təşəkkül tapır. Yaxın Şərqdəki səlib-məsəlman qarşıdurması zamanı ermənilər hər iki tərəfə yaltaqlanmaqdan usanmırdılar. Onlar bir tərəfdən xristianlara müsəlmanlara qarşı mübarizədə yardım etmək üçün latınlarla danışıqlar aparır, digər tərəfdən isə müsəlman hökmdarlarla münasibətlər saxlamaqda davam edirdilər. Məsələn, onlar Əyyubilərlə yaxşı əlaqələr qurmuş, hətta Sultan əl-Məlik əl-Əşrəf gürcü-erməni əsilli İvane Zaxaryanın qızı ilə evlənmişdi.

1255-ci ildə ermənilər özlərini “Roma Kilsəsinin oğulları” elan edərək, kral XI Lüdovikin elçilərinə Roma taxt-tacına tabe olmaq istədiklərini bildiriblər. Həmin dövrdə erməni yeparxiyası Gürcü Kilsəsinin tərkibində idi. Beləliklə, XIII əsrdən Gürcü Kilsəsində mərkəzdənqaçma siyasəti yürüdən pravoslav ermənilər separatçılıq edərək, Roma taxt-tacına birləşməyə çalışırdılar. Bununla yanaşı, erməni-monofizit Kilikiya kilsəsində də Romaya tabe olmaq istiqamətində fəaliyyət genişləndirilmişdi.

Bununla belə, ermənilər güclü siyasi qüvvə kimi qəbul edilmirdilər. Baxmayaraq ki, Yaxın Şərqdə səlibçilərin gəlişinə ən çox sevinən onlar idilər və məhz onlar səlibçiləri səlcuq türklərinə qarşı daha amansız müharibələrə təhrik etmişdilər. Həmin dövrdə Yaxın Şərqdə üç əsas xristian icması - yunanlar, erməni pravoslavlar və suriyalı melkitlər yaşayırdılar. Yunanların əraziləri müsəlmanlar tərəfindən zəbt edildiyindən, səlibçilər ermənilərin ərazilərindən dayaq məntəqələri kimi istifadə edirdilər. Ermənilər səlibçilərə bələdçilik edir, onları ərzaq və digər zəruri şeylərlə təmin edirdilər. Hətta 1098-ci ilin qışında səlibçilərlə birləşərək, Samosat şəhərinə hücum çəkirlər. Lakin türklər xristian birləşmələrinə ağır zərbələr endirdilər və onların rəhbərləri qraf Bolduin ilə Konstantin minə yaxın itki verərək, geri çəkilməyə məcbur oldular.

Döyüşlərdə ağır itki verən ermənilər bunun heyfini Edessa hökmdarı Torosdan çıxmaq üçn ona qarşı sui-qəsd planı hazırlayaraq bu işə qraf Balduini də cəlb etdilər. Onlar şəhərdə üsyan qaldıraraq, böyük çaxnaşma yaradırlar. Şəhərin hökmdarı Torosa ailəsi ilə birgə getməyə söz verilsə də, o, qəzəbli kütlə tərəfindən amansızlıqla qətlə yetirilir. Ermənilərin xəyanəti sayəsində Edessa Yaxın Şərqdə səlibçilərə tabe edilən ilk şəhər olur. Erməni knyazı Qavriil isə səlibçilər və səlcuqlar arsında ikiüzlülük göstərdiyi üçün döyüşlərin birində türklər tərəfindən öldürülərək, itlərə atılmışdı.

Təbii ki, Yaxın Şərqi müsəlmanlardan təmizləməyə çalışan səlibçilər yerli xristianların köməyindən istifadə edirdilər və ermənilər bu işdə xüsusi fəallıq göstərirdi. Müsəlmanlara və türklərə qarşı vuruşan səlibçilərə kömək etmiş ermənilərə sonrakı yüzilliklərdə Yaxın Şərqdə xüsusi imtiyazların verilməsinin nəticəsidir ki, bu gün həmin bölgə yenidən münaqişələr içərisində alovlanmaqdadır.

Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Erməni-xəyanəti   #Xaç-yürüşləri   #Tarix  





Xəbər lenti