İn NED for money: "Demokratiyanın xilası" neçəyə başa gəlir?

// Ostap Benderin amerikalılardan öyrənəcəyi çox şey var

  İn NED for money:  "Demokratiyanın xilası" neçəyə başa gəlir?
  13 May 2022    Oxunub:4578
Hazırda yalnız özünə məlum olan “ümumbəşəri dəyərlər”in bütün cəmiyyətlərə təlqininə və onların zor-xoş müxtəlif ölkələrdə qəbul edilməsinə çalışan Qərb bu yöndə bir sıra təşkilatların fəaliyyətinə xüsusi önəm verir. Belə qurumlardan biri də ABŞ-ın kifayət qədər məşhur “NED” (National Endowment for Democracy) fondudur ki, onun əsas məqsədinin müxtəlif ölkələrdə insan hüquqlarının müdafiəsinə dəstək vermək olduğu bildirilir. Amma “NED”-in fəaliyyətinin detalları və pərdəarxası məqamların təşkilatın əslində tam başqa maraqlara xidmət göstərdiyindən xəbər verir.
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

Nədənsə məhz müstəqil xarici siyasət yürüdən ölkələrdə insan haqlarının “müdafiəsinin” təəssübkeşi ampluasında çıxış edən “NED” və analoji əməllərlə məşğul olan qurumlar əsl məqsədlərinə çatmaq üçün yerlərdəki əlaltlıalrına kifayət qədər maliyyə resursları ayırırlar. Çünki insan haqlarını müftə-müsəlləf “qorumağı” absurd sayan həmin qüvvələr, apardıqları pozuculuq fəaliyyəti qarşılığında öz xarici donorları qarşısında “əl-əli yuyar, əl də üzü” prisnipi ilə işbirliyi qurmaq tələbini qoyurlar. Nəticədə hər şeyə alış-veriş prinsipi ilə yanaşan “NED” və bu qəbildən olan təşkilatlar da həmin qüvvələrin maliyyələşməsi üçün müxtəlif mexanizmlər hazırlayır. Məsələn, cari ildə belə məqsədlər üçün Azərbaycandakı marginallar üçün nəzərdə tutulmuş qrantlar sırasında may ayında “təcili qrantların ayrılması” adlı bir müddəa da yer alıb. Əgər “NED”-in özünün yaydığı elanı əsas götürsək, həmin vəsaitin ayrılması mayın 25-ə qədərki dövrə təsadüf edir.

Ümumilikdə isə Azərbaycanda insan haqlarının “müdafiəsi” sahəsində “NED”in narahatlığı 2022-ci ildə 970 min 335 dollar civarında qiymətləndirilib. Qurumun funksionerlərinin fikrincə, Azərbaycandakı 5-ci kolonun pozuculuq fəaliyyətinə məhz bu qədər vəsait lazımdır. Yeri gəlmişkən, təxminən 100 il əvvəl məşhur fırıldaqçı Ostap Bender “rus demokratiyasının atası” Kisa Vorobyaninovun xilası üçün iş adamı Kislyarskidən cəmi-cümlətanı 500 rubl tələb edtmişdi. Doğrudur, o vaxtdan bəri “demokratik dəyərlərin keşiyində duranların” xidmətlərinin məzənnəsinin fantastik dərəcədə artmasının səbəblərindən biri inflyasiya olsa da, “NED”in ianələrinin ölçüsünün qaz doldurulmuş şar kimi şişməsi hətta Ostap Benderin bu qurumun funksionerləri və onların dəstəklədikləri “müdasfiəçilərin” yanında südəmər körpə olduğundan xəbər verir.

“NED”in Azərbaycana ayırdığı “xeyriyyəçilik” paketinin 398,837 min dollarının Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, “insan hüquqlarının müdafiəsi” naminə etirazların təşkili, “insan hüquqlarının qorunmasının monitorinqi” və müxtəlif səpkili “demokratik” prosesləə təkan verə biləcək layihələrin həyata keçirilməsinə ayrılması planlaşdırılır. Daha sadə dillə desək, təxminən 400 min dollarlıq vəsait Azərbaycandakı 5-ci kolonun pozuculuq fəaliyyətinə ayrılıb.

“NED”-in təcili qrantlar paketindən yararlanan radikal müxalifətin Aytən Məmmədovaya qarşı fiziki hədə kimi məişət hadisəsini əlüstü guya Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması və ictimai fəallara təzyiq kimi qələmə vermək cəhdi həmin planın tərkib hissələrindən biridir.

Bu baxımdan, ən gülünc görünən məsələ “NED”-dəkilərin və onların ölkəmizdəki əlaltılarının orijinallıqdan uzaq olmalarıdır. Sınıq patefon həmişə eyni havanı çaldığı və ulaq həmişə eyni yerdə palçıq gölməçəsinə batdığı kimi bu qüvvələr də Azərbaycanda hansısa beynəlxalq tədbir ərəfəsində “cuşa” gəlirlər. Məsələn, Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi və I Avropa Oyunları ərəfələrində olduğu kimi. Bu dəfə də yaxın perspektivli hədəf iyunun 10-12 Bakıda keçiriləcək Formula 1 yarışı ərəfəsində “Aytən Məmmədova hadisə”sinə nəinki ABŞ-ın ölkəmizdəki səfirliyinin, hətta ABŞ Dövlət Departamentinin qibtəolunacaq dərəcədə operativ reaksiyası, bunun ardınca isə “hüquq müdafiəçiləri” və “siyasi məhbuslar” qrupunun mayın 14-də Bakıda etiraz aksiyası keçirəcəyi barədə verdiyi bəyanat məhz belə nəticə çıxarmağa əsas verir.

Tüklə tirin fərqi

Maraqlıdır ki, müstəqil siyasət yürüdən ölkələrdə tükü-tükdən “seçən”, daha doğrusu qaşınmayan yerdən qan çıxarmağa çalışan “NED” və onun fəaliyyətini birbaşa maliyyələşdirən və yönləndriən rəsmi qurumlar özlərinin və nökərlərinin gözlərindəki tiri görmək belə istəmirlər. 2020-ci ildə ABŞ-da baş tutan prezident “seçkiləri”ndən sonra dünyanın yeganə fövqəldövlətində yaşanan toqquşmalar, insan ölümləri, vandallıq aktları, ölkənin fəaliyyətdə olan prezidentinin sosial şəbəkələrə çıxışının bağlanması hələ uzun müddət bəşəriyyətin yaddaşından silinməyəcək. Dünyada demokratiya carçısı olduğunu sübut eməyə çalışan ABŞ-da bu hadisələrin əsl mahiyyəti və sifarişçiləri barədə həqiqətlərin açıqlandığını hələ də görmürük. Səbəb nədir?

Elə son iki həftə ərzində Ermənistanda keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı hökumətin və hüquq-mühafizə orqanlarının sərt tədbirləri də nədənsə ABŞ-ın bu ölkədəki səfirliyinin, ABŞ Dövlət Departamentinin, beynəlxalq və regional təşkilatların diqqətindən kənarda qalıb. Halbuki, ərazisinin sahəsinə və personalının sayına görə ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi məhz Ermənistandadır. Erməni mediasının məlumatlarına əsasən, bu səfirlikdə 2000-2500 amerikalı diplomat çalışır. Görəsən bu boyda TİR-i görmək üçün ABŞ-ın İrəvandakı 4000-5000 gözünə daha nə qədər göz əlavə olunmalıdır? Yoxsa, problemin kökü daha dərindir? Bəlkə, Azərbaycana hədəf kimi barmaq tuşlamağın arxasında Soros adeptlərinin Ermənistandakı şuluqluqlarından diqqəti yayındırmaq məqsədi dayanır?

Şirin kökənin acı sonluğu

Ən adi baxış belə məhz sonuncu nəticənin daha məntiqli olduğunu göstərir. Elə tarixi təcrübə də bunu sübut edir. Vaşinqtonun bir sıra önəmli məqamlardan diqqəti yayındırması müstəvisində ABŞ Dövlət Departamentinin uzunömürlülərindən olan Viktoriya Nulandın bəzi ölkələrdə etirazçılara şəxsən bulkalar paylaması taktikası görünür hələ də qüvvədədir. Amma məşhur bir məsəldə deyilir ki, hədiyyələr gətirən Danaylılardan ehtiyatlı olun. Viktoriya Nulandın şirin bulkalarına uyub sonda böyük faciənin dəhşətli ağrı-acısı ilə rastlaşan xalqların taleyi bu müdrik kəlamın nə qədər aktual olduğunu sübut edir.

Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: NED   qərəz  





Xəbər lenti