Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

   Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
  27 Mart 2024    Oxunub:847
Aləsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.
Ə. Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.

Xatırladaq ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, bacısını, azyaşlı qardaşı və bacısı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.(Qafqazinfo)

AzVision.az


Teqlər:





Xəbər lenti