Hikmət Hacıyev: "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub"

      Hikmət Hacıyev:    "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub"
  27 Mart 2024    Oxunub:1571
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb:

"NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və ətrafının Ermənistan hökuməti, erməni lobbisi tərəfindən sifariş verilmiş, ödənişli qondarma hesabatı və ya "möhürlü" təbliğat materialı mənə 4 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!".

AzVision.az


Teqlər: Azərbaycan   NATO   Hikmət-Hacıyev  





Xəbər lenti