Lənkərandakı qəzada ata və oğul öldü - FOTOLAR

   Lənkərandakı qəzada ata və oğul öldü -    FOTOLAR
  28 Mart 2024    Oxunub:675
Martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.









AzVision.az


Teqlər:





Xəbər lenti