Tufan Axundov vəfat edib

 Tufan Axundov vəfat edib
  29 Mart 2024    Oxunub:1933
AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, o, 76 yaşında vəfat edib.

Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub.

T. Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Muğan və cənub bölgəsində də böyük elmi işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü ildən 2016-cı ilə qədər çalışıb, Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik elmi kitabı çap olunub. Onun həmçinin Polutəpə abidəsinin tədqiqatına aid elmi əsəri də çap olunaraq, yaxın vaxtlarda işıq üzü görməli idi.

Allah rəhmət eləsin!
AzVision.az


Teqlər: DTX   yubiley   tədbir  





Xəbər lenti