Pakistanla müdafiə sahəsində əməkdaşlıq müzakirə edildi

Pakistanla müdafiə sahəsində əməkdaşlıq müzakirə edildi
  12 İyun 2024    Oxunub:931
Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Görüş zamanı həm Azərbaycan, həm də Pakistanın rifahı üçün böyük potensiala malik olan müdafiə, müdafiə sənayesi və aviasiya sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı istək ifadə olunub”, - o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti