Slovakiya ilə hərbi əməkdaşlığa dair saziş təsdiqlənib

 Slovakiya ilə hərbi əməkdaşlığa dair saziş təsdiqlənib
  14 İyun 2024    Oxunub:828
2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
AzVision.az



Teqlər:





Xəbər lenti