"Peşə təhsilinin inkişafında özəl sektoru təşviq edirik"

 "Peşə təhsilinin inkişafında özəl sektoru təşviq edirik"
  12 İyul 2024    Oxunub:1207
"Təhsilin inkişafının bütün pillələrində, o cümlədən peşə təhsilində maraqlıyıq. Peşə təhsilinin inkişafı ilə bağlı ayrıca fond olsa belə, biz o sahədə də özəl sektoru təşviq edirik. Peşə təhsil müəssisələrinin təmiri və yenidən qurulması ilə bağlı tərəfdaşlarımıza təkliflər veririk".
AzVision.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun 3 illik hesabat tədbirində çıxışı zamanı deyib.

Onun szölərinə görə, məktəbəqədər təhsillə bağlı özəl sektor böyük töhfə verə bilər:

"Bakıda və regionlarda yararsız, təmirsiz məktəbəqədər təhsil müəssisələri var ki, onların yenidən fəaliyyət göstərməsində özəl sektorlar maraq göstərir. Siyahı hazırlanıb, özəl sektorlara təqdim olunacaq. Özəl sektorların motivasiyası həm təhsilə dəstəkdir, eyni zamanda müəyyən gəlir əldə etməkdir. Bu əgər, baş tutarsa, əlbəttə belə məktəbəqədər təhsil müəssisələrində işləyə bilərik".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:





Xəbər lenti