Nabranda 10 yaşlı uşaq hovuzda boğuldu

   Nabranda 10 yaşlı uşaq hovuzda boğuldu
  14 İyul 2024    Oxunub:1122
Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El-Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, ailəsi ilə istirahətə gedən 10 yaşlı S.Məmmədov (şərti) böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğularaq ölüb.

Məlumata görə, yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.

Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti