“YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib

“YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib
  15 İyul 2024    Oxunub:862
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda ikinci "YAŞAT" yay məktəbi başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, iyulun 13-də düşərgə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.

On dörd gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını, artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

İyulun 27-dək davam edəcək yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik üç saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər.

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 nəfərdən ibarətdir.

AzVision.az



Teqlər:





Xəbər lenti