Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Aksiya iştirakçıları ölkəmizdə Məhərrəm ayında kütləvi olaraq təşkil edilən könüllü qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar.
Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə qanvermənin daha mütərəqqi bir seçim olduğunu bildirərək, Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi təşəbbüsünün cəmiyyətdə təqdir edildiyini qeyd ediblər. Həmin nəcib ənənənin İslam dininin mahiyyətinə uyğun olaraq xurafat elementlərindən kənar, xalqımızın yüksək mədəniyyətinə uyğun keçirilməsində böyük rola malik olduğunu diqqətə çatdırıblar.
200-dən çox insanın iştirak etdiyi qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, bu gün qanvermə aksiyaları Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda keçirilir.
AzVision.az
Teqlər: