İrəvanla Bakı arasında birbaşa əlaqələr qurula bilər - Şarl Mişel

   İrəvanla Bakı arasında birbaşa əlaqələr qurula bilər -    Şarl Mişel
  18 İyul 2024    Oxunub:1248
“Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli qarşılıqlı fəaliyyət mümkündür”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Böyük Britaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında deyib.

Mişel Aİ adından Bakı ilə İrəvan arasında birbaşa dialoqa şərait yaratmaq üçün mümkün olan hər şeyi etməyə çalışdığını deyib.

Qeyd edək ki, 2021-2023-cü illərdə Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında altı görüş baş tutub.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti