“ANAMA” sənədli filminin təqdimatı keçirilib

“ANAMA” sənədli filminin təqdimatı keçirilib
  18 İyul 2024    Oxunub:1639
İyulun 18-də Nizami Kino Mərkəzində “ANAMA” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, film 2023-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, təsvir rejissoru isə Nadir Mehdiyevdir.

Filmin təqdimatı Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları, minatəmizləmə prosesini həyata keçirən cəsur minaaxtaranların peşəkar və məsuliyyətli fəaliyyəti və həyatı filmin əsas süjet xəttini təşkil edir. Filmin qəhrəmanları öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsini həyata keçirən minaaxtaranlardır.

Sənədli filmin təqdimat mərasimində dövlət və özəl qurumların rəhbərləri, ictimai-siyasi xadimlər, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılmasının 26-cı ildönümü tamam olub. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Agentliyin başlıca məqsədi Azərbaycanın işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti