“İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda təlim keçirilib - FOTOLAR

“İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda təlim keçirilib -    FOTOLAR
  19 İyul 2024    Oxunub:1113
18.07.2024-cü il tarixində Lənkəran rayonunda “Dəmirağac” Ekoloji İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Kiçik Qrant Müsabiqəsinə təqdim etdiyi “Ətraf mühitin qorunmasında icma səfərbərliyi” layihəsi çərçivəsində “İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda təlim keçirilib.
Tədbiri “Dəmirağac” Ekoloji İctimai Birliyinin sədri Rüfət Əskərov açaraq, ətraf mühitin qorunmasında icma səfərbərliyindən bəhs edib. Rüfət Əskərov qeyd edib ki, xüsusən, kənd yerlərində yaşayanlar məişət tullantılarını çaya, meşə qırağında yaşayanlar meşəyə, həyətyanı sahəsi olanlar həyətlərində qazdıqları çuxura tullamaları və ya yandıraraq məhv edirdilər: “Mən çox şadam ki, yaşadığımız icmada, icma səfərbərliyi sayəsində məişət tullantılarını toplayıb təhvil verilməsinə nail olmuşuq”.



Daha sonra təlimçi Rahim Bağırov “İqlim dəyişikliyinin ətraf mühitə təsiri” mövzusunda nəzərdə tutulmuş 7 təlimdən sayca 5-ci təlimi keçib. Təlimdə qlobal istiləşmə, son illərdə dünya gündəmini zəbt edən uzun mübahisələrə səbəb olan elmi və siyasi bir mövzuya çevrilmisindən, iqlim dəyişikliyi nəticəsində ekstremal hava hadisələrinin sayının və baş vermə sıxlığının artması kənd təsərrüfatına əhəmiyyətli dərəcədə təsir göstərməsindən, kənd təsərrüfatı, başda ərzaq təhlükəsizliyi olmaq üzərə insanların təməl ehtiyaclarını qarşılayan bir sektor olaraq strateji önəmə sahib olmasından və iqlim dəyişikliyinin aradan qaldırılması üçün önləyici metodları icma sakinlərinin diqqətinə çatdırılıb.



Eyni zamanda cari ilin payızında ölkəmizdə keçiriləcək COP29 tədbiri haqqında məlumat verilib və tədbirin əhəmiyyəti vurğulanıb. Sonda təlim iştirakçılarını maraqlandırılan suallar ətraflı cavablandırılaraq, onlara müvafiq tövsiyələr verilib.



AzVision.az




Teqlər: İqlim   Təlim   Lənkəran  





Xəbər lenti