Formula-1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası yekunlaşır

   Formula-1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası yekunlaşır
  19 İyul 2024    Oxunub:1598
13-15 sentyabr 2024-cü il tarixlərində paytaxtımızda sayca səkkizinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına qeydiyyatın bitməsinə 4 gün qalır.
AzVision.az xəbər verir ki,12 iyun tarixində başlamış qeydiyyat prosesi 22 iyul 2024-cü il, saat 15:00-da yekunlaşacaq. Bu səbəbdən yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) builki Azərbaycan Qran Prisini mediada işıqlandırmaq istəyən media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə səsləyir.

Yerli media nümayəndələri BŞH-nin rəsmi veb-səhifəsini ziyarət edib buradakı müvafiq formanı dolduraraq tələb olunan sənədləri sistemə yükləyib onlayn şəkildə müraciət etməlidir. Natamam və ya 22 iyul tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, 2024 Formula 1 çempionatı çərçivəsində təşkil olunan bütün yarışlarda media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən aparılır. Yerli media nümayəndələrinin qeydiyyat prosesi isə BŞH tərəfindən icra olunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+994) 55 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

AzVision.az




Teqlər:





Xəbər lenti