Övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib
  20 İyul 2024    Oxunub:1181
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilmiş uşaqların ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə 2024-cü il ərzində 342 monitorinq keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra Agentlik tərəfindən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

Monitorinq zamanı ailənin yaşayış şəraiti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxslərin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti barədə məlumatları əks etdirən hesabat hazırlanır.

AzVision.az



Teqlər:





Xəbər lenti