"TikTok" videosu çəkən zaman yol qəzası baş verdi

"TikTok" videosu çəkən zaman yol qəzası baş verdi
  20 İyul 2024    Oxunub:1080
Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "TikTok" sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

O, video çəkərkən "VAZ 2107" markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az



Teqlər:





Xəbər lenti