Vahid Əhmədov namizədliyini geri götürdü

   Vahid Əhmədov namizədliyini geri götürdü
  28 İyul 2024    Oxunub:1056
VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, V.Əhmədov məlumatı təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

“Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti