Bakıda 300-dən çox avtobusun yolu dəyişdirildi
Məlumata görə, nəticədə Mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. Bir gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.
Əvvəllər avtobuslar Heydər Əliyev prospektindən "Atletlər kəndi" boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar "Koroğlu" NMM-dən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1 800 metrdən çox məsafə qət edirdi.
Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək.
AzVision.az
Teqlər: