Sərhədi pozan İraq vətəndaşı saxlanıldı

Sərhədi pozan İraq vətəndaşı saxlanıldı
  03 Avqust 2024    Oxunub:1553
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
AzVision.az xəbər verir ki, avqust ayının 1-də saat 04:30-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində sahildən 1.8 mil məsafədə İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti