Palata Səhiyyə Nazirliyində nöqsanlar aşkarlayıb
"Auditlə layihəi üzrə dövlət əsaslı vəsait qoyuluşundan müvafiq sərəncamlarla ayrılan ümumilikdə 46,631 milyon manat məbləğində vəsait əhatə olunub", - deyə Palatanın rəyində qeyd olunub.
"1-ci mərhələ üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542 173 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
1-ci və 2-ci mərhələlərin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55 072 manat, 2-ci mərhələ üzrə 43 860 manat, ümumilikdə 98 933 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
1-ci və 2-ci mərhələlər üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılıb və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan, dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57 437 manat, 2-ci mərhələ üzrə 454 041 manat, ümumilikdə isə 511 478 manat artırılıb və podratçıya artıq ödənilib", - deyə Palata bəyan edib.
AzVision.az
Teqlər: