Bank adı ilə insanları aldadan dələduz saxlanılıb

Bank adı ilə insanları aldadan dələduz saxlanılıb
  10 Avqust 2024    Oxunub:729
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkədə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, həmin şəxs "TikTok" sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.

Vətəndaşa 1600 manat məbləğində kredit təsdiqlənəndən sonra isə N.Abdullayev həmin pulu öz kartına yönləndirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

AzVision.az


Teqlər: cinayət   dələduzluq   DİN  





Xəbər lenti