İşlədiyi şəxsdən külli miqdarda pul oğurlayan sürücü saxlanılıb

İşlədiyi şəxsdən külli miqdarda pul oğurlayan sürücü saxlanılıb
  10 Avqust 2024    Oxunub:714
Bakının Xəzər rayonunda xarici ölkə vətəndaşının 100 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700 min manatın 100 minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   oğurluq   DİN  





Xəbər lenti