Firəngiz Mütəllimova: “Səsvermədə hamı fəal olmalıdır”
O vurğulayıb ki, şuşalılar uzun illər sonra öz doğma yurdlarında seçdikləri deputatlara səs verə biləcəklər: “Bu tarixi hadisə isə məni çox sevindirir.
Şuşanın varlığı, əsl sahiblərinə qayıtması mənim üçün bir dünya deməkdir. Eləcə də Şuşada seçki tədbirlərini görməyin özü mənə sanki dünyaları bəxş edir. Düzdür, mən hazırda Bakı qeydiyyatındayam. Şuşamızda səs verə bilməsəm də, azad olunan ərazilərdə yaşayan hər kəsi aktiv şəkildə səs verməyə çağırıram. Bu ilkdir, tarixi hadisədir. Ona görə də sentyabrın 1-də baş tutacaq səsvermədə hamı fəal olmalıdır”.
AzVision.az
Teqlər: