Putin Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib

   Putin Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib
  30 Sentyabr 2024    Oxunub:669
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğlunun "Aleksandr Nevski" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, keçmiş səfir iki ölkə arasında müttəfiqlik əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

"Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşı Bülbül oğlu Polad "Aleksandr Nevski" ordeni ilə təltif edilsin", - deyə sərəncamda deyilir.

Xatırladaq ki, daha öncə Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib. Mükafatı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.

AzVision.az



Teqlər:





Xəbər lenti