Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər

   Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər
  19 Noyabr 2024    Oxunub:258
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə regional ticarətin davamlılığını müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə türkiyəli rəsmi sosial şəbəkədə bildirib.

"Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri, hörmətli həmkarım Rəşad Nəbiyev, nazir müavini cənab Rəhman Hümmətov və Bakıdakı səfirimiz cənab Cahit Bağcı ilə səmərəli görüş keçirdik. Türkiyə və qardaş ölkə Azərbaycan arasındakı əməkdaşlığımızı gücləndirmək və regional ticarətin davamlılığı üçün mühüm məsləhətləşmələr apardıq", - o yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti