Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qonaq "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Görüş çərçivəsində ölkəmizin BMT-nin Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyasının Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupuna rəhbərliyi kimi uğurlu fəaliyyətindən söz açılıb. BMT Baş katibinin müavini "ASAN xidmət"in və burada tətbiq olunan innovativ yeniliklərin dövlət xidmətlərinin çatdırılması istiqamətində nümunəvi və qabaqcıl təcrübə olduğunu diqqətə çatdırıb.
Rəsmilər birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Görüş çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.
AzVision.az